Tədbirlər
"Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin İştirak Etdiyi Tədbirlər
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə geniş quruculuq işlərini həyata keçirir. Lakin bu işlərin tam şəkildə həyata keçirmək üçün ən böyük maneə bu ərazilərin erməni hərbi birləşmələri tərəfindən mina və partlamamış hərbi sursatlarla çirklədilməsidir. Əsasən Ermənistan və başqa ölkələrin istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir.
Biz, qeyri-hökumət təşkilatları nümayəndələri olaraq Ermənistanın mina terrorunu pisləyir, beynəlxalq təşkilatların bu məsələyə adekvat münasibət bildirməyini tələb edirik.
Azərbaycanda məcburi köçkünlər və münaqişə qurbanları arasında gender bərabərliyinin təşviqi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “İşğaldan azad olunmuş ərazilərdə qadın icmalarının inkişafına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində təlimlər keçirilib.
“Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri və layihə rəhbəri Leyla Hüseynova bildirib ki, Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərə köçürüləcək keçmiş məcburi köçkün ailələrindən olan qadınların yaşadıqları yerlərdə fəaliyyət göstərən icmaların idarə olunmasında fəal iştiraklarının təmin edilməsi olduqca vacibdir. Hazırkı təlimlər zamanı tədris olunan sosial mövzular həmin icmaların idarə olunmasında iştirak edəcək məcburi köçkün qadınlarının bilik və bacarıqlarının artırılmasına hesablanıb.
Layihənin eksperti Aynurə Hüseynovanın keçirdiyi təlimlərdə qadın hüquqları, gender bərabərliyi, ailə planlaşdırılması, məişət zorakılığı və məcburi köçkün qadın icmalarında aktual olan digər sosial əhəmiyyətli məsələləri əhatə edən mövzulara nəzər salınıb. İnteraktiv şəraitdə keçirilən müzakirələrdə icmaların idarə olunması, sosial layihələrin hazırlanması və digər mövzularda məcburi köçkün qadınlarının iştirakının gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Maarifləndirmə tədbirlərində iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri “Böyük Qayıdış” proqramı barədə danışıblar və bu qurumun məcburi köçkün icmalarının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat veriblər.
Məcburi köçkün qadın icmalarının nümayəndələri üçün təlimlər keçirilib
Azərbaycanda məcburi köçkünlər və münaqişə qurbanları arasında gender bərabərliyinin təşviqi
Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
“Azərbaycanda məcburi köçkünlər və münaqişə qurbanları arasında gender bərabərliyinin təşviqi”
layihəsinə start verib. Layihə üzrə BMT QAK-la “Sosial Rifah”arasında tərəfdaşlıq sazişi 2023-cü ilin
yanvar ayında BMT QAK-ın əvvəlki Nümayəndəsi cənab Guido Ambroso tərəfindən imzalanmışdır.
Azərbaycanda məcburi köçkünlər və münaqişə qurbanları arasında gender bərabərliyinin təşviqi
8 aprel 2023-cü il tarixdə, Bakı şəhərində, “Azərbaycanda məcburi köçkünlər və münaqişələrdən zərər
çəkmiş şəxslər arasında gender bərabərliyinin təşviqi” adlı layihə çərçivəsində sorğuçular üçün təlim
keçirilmişdir.
Azərbaycanda məcburi köçkünlər və münaqişələrdən zərər çəkmiş şəxslər arasında gender bərabərliyinin təşviqi
bərabərliyinin təşviqi” adlı layihə çərçivəsində Bakı, Gəncə, Ağdam və Mingəçevirdə icmalarda sorğular
aparılıb. Sorğularda 600 nəfərdən çox məcburi köçkün iştrak edib, gender bərabərliyi, müxtəlif zorakılıq
növlərinə münasibət, cəmiyyətdə və ev təsərrüfatlarında gender rolları və münasibətləri, maliyyə
resurslarının idarə edilməsi və digər müxtəlif gender məsələlərlə bağlı suallara cavab veriblər.
Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbiri
Aprelin 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümü ilə əlaqədar Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün düşmüş sakinlərlə görüş keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin, Ermənistanın törətdiyi hərbi cinayətlərin qurbanı olan həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev, otuz ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərində, o cümlədən Kəlbəcərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsini, ağır işgəncələrə məruz qoymasını xalqımızın heç vaxt unutmayacağını vurğulayaraq, Başlıbellə yanaşı, Ağdaban, Tunel qətliamlarının da bütövlükdə insanlığa qarşı amansız cinayət olduğunu qeyd edib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik qətiyyəti, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsinin, xüsusilə, Kəlbəcər də daxil olmaqla üç rayonu məğlub Ermənistanın döyüşsüz təhvil verməsinin tarixi əhəmiyyəti xatırladılıb. Böyük Zəfər nəticəsində doğma yurda qayıtmağa hazırlaşan məcburi köçkünlərə daim dövlət qayğısı göstərildiyi diqqətə çatdırılıb, onların problemlərinin həllinin Prezident İlham Əliyevin sosial siyasətinin prioritetləri arasında mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.
Dövlət Komitəsinin sədri görüş iştirakçılarına Böyük Qayıdışa Dair I Dövlət proqramına müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün icra edilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Görüşdə Dövlət Proqramına müvafiq olaraq hazırlıq, bərpa və yenidənqurma işləri ilə bağlı məcburi köçkünlərin rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb. Başlıbel icmasının nümayəndələri xalqımızın arzularının gerçəkləşdirilməsinə, erməni işğalına son qoyulmasına, yurd yerlərimizin bərpası və dirçəldilməsi, məcburi köçkünlərin geri qayıdışı üçün genişmiqyaslı mühüm tədbirlərin görülməsinə, onlara daim göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildiriblər. Onlar Başlıbel faciəsi qurbanlarının xatirəsinin də kənddə əbədiləşdirələcəyinə dərin inam ifadə ediblər.
Xatırladaq ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zaman Başlıbel kəndində 62 nəfər qadın, uşaq və qoca evlərini vaxtında tərk edə bilmədiyindən kahalara – təbii mağaralara sığınmağa məcbur olmuş, işğaldan 18 gün sonra erməni silahlı qüvvələri onların yerini müəyyənləşdirərək sığınacaqlara hücum etmiş və kütləvi qətliam törətmişlər. Nəticədə 14 dinc sakin girov götürülmüş, 18 nəfər qətlə yetirilmiş, 1 nəfər itkin düşmüş, 8 nəfər yaralanmışdır. Yaralılar və sağ qalanlar (ümumilikdə 29 nəfər) dağlara çəkilərək kahalarda gizlənmiş, yalnız 113 gündən sonra gizli dağ yolları ilə mühasirədən çıxa bilmişlər.
Azərbaycanda məcburi köçkünlər və münaqişə qurbanları arasında gender bərabərliyinin təşviqi
“Sosial Rifah” Qaçqınların və Məcburi Köçkünlərin İctimai Birliyi BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
“Azərbaycanda məcburi köçkünlər və münaqişə qurbanları arasında gender bərabərliyinin təşviqi”
layihəsinə start verib. Layihə üzrə BMT QAK-la “Sosial Rifah”arasında tərəfdaşlıq sazişi 2023-cü ilin
yanvar ayında BMT QAK-ın əvvəlki Nümayəndəsi cənab Guido Ambroso tərəfindən imzalanmışdır.
Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
Mayın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli optometrist və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsinin sədri Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən həmvətənlərimizin məruz qaldığı məhrumiyyətlər və üzləşdikləri problemlər barədə ətraflı məlumat verib. Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onların problemlərinin həlli Prezident İlham Əliyev tərəfindən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır.
Otuz ilə yaxın işğal altında saxlanılan ərazilərin minalanmasının və Ermənistanın mina xəritələrini verməməsinin ora qayıdacaq əhalinin təhlükəsizliyini təhdid altına atdığı və Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq təşkilatların da dəstəyi ilə tədbirlər görülür. Bununla yanaşı, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədi ilə dövlət tərəfindən mühüm addımlar atılır. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr həyata keçirilir, köçürüləcək əhalinin səhiyyə, təhsil kimi sosial xidmətlərə əlçatanlılığının təmin edilməsi üçün zəruri olan infrastruktur obyektləri inşa edilir. Həmçinin qeyd edilib ki, Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində doğma yurdlarına köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyəti yoxlanılır.
Diqqətə çatdırılıb ki, artıq 86 ailə, yəni 420 nəfər “ağıllı kənd” konsepsiyası əsasında inşa edilmiş Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə, yəni 94 nəfər isə Tərtər rayonunun Talış kəndinə köçürülüb. Yaxın zamanda Laçın şəhərinə ilkin mərhələdə 318, Laçın rayonunun Zabux və Sus kəndlərinə 296 ailənin, ilin sonunadək Şuşa şəhərinə isə 450 ailənin köçürüləcəyi qeyd edilib. Bildirilib ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə köçürülməsinin təmin edilməsi dövlət üçün prioritet məsələdir.
Dövlət Komitəsinin sədri “Fuji Optical”ın 16 ildir həyata keçirilən missiyasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib və buna görə Akio Kanaiyə təşəkkür edib, beynəlxalq təşkilatlar tərəfindən keçirilən layihələrin soydaşlarımıza mənəvi dəstək verdiyini deyib.
Akio Kanai səmimi qəbula görə təşəkkür edib. Bildirib ki, bu il 9-13 mayda Füzuli rayonunda və 15 mayda isə Bakı şəhərində təqribən 2500 məcburi köçkün, qaçqın, sığınacaq axtaran və digər həssas qruplardan olan şəxsin göz müayinəsi keçirilib. Həmçinin mina partlayışı nəticəsində gözlərinə ziyan dəymiş müharibə iştirakçıları da müayinə edilib, ödənişsiz eynəklə təmin olunub.
Görüşdə iştirak edən, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi 30 il ərzində ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin qurulduğunu deyib. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinin sürətlənəcəyinə ümidvar olduğunu vurğulayaraq, Yaponiyanın bu prosesə texniki və maddi dəstək göstərəcəyini, “Fuji Optical”ın fəaliyyətini gələcəkdə də davam etdirəcəyini qeyd edib.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Reproduktiv sağlamlığın profilaktikası mövzusunda maarifləndirmə tədbirləri keçiriləcək.
“Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Məcburi
köçkün məktəblərində reproduktiv sağlamlığın profilaktikası mövzusunda maarifləndirmə
tədbirlərinin keçirilməsi” layihəsinin icrasına başlayıb.
Cari ilin iyul-oktyabr aylarında icra ediləcək layihənin məqsədi məcburi köçkün
məktəblərinin yuxarı sinif şagirdləri arasında reproduktiv sağlamlığın qorunması mövzusunda
maarifləndirmə tədbirləri vasitəsilə onların reproduktiv mədəniyyət səviyyəsinin artırılmasına
nail olmaqdır. Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində məcburi köçkün
məktəblərinin reproduktiv sağlamlığına təsir edən amillər nəzərdən keçirilərək öyrəniləcək və bu
əsasda mövzuya uyğun maarifləndirmə strategiyası hazırlanacaq. Qeyd olunan vəzifə uğurla icra
olunduqdan sonra layihənin icra qrupu həm reproduktiv sağlamlığın qorunması mövzusunda
“Reproduktiv sağlamlıq barədə nə bilməliyik?” mövzusunda buklet çap etdirəcək, həm də
məcburi köçkün məktəbliləri arasında reproduktiv sağlamlığın qorunması mövzusunda silsilə
maarifləndirmə tədbirləri keçirəcəkdir.
Gözlənilir ki, qeyd olunan tədbirlərdə iştirak edəcək məcburi köçkün məktəblilərinin
reproduktiv sağlamlığın qorunması sahəsində bilikləri artırılacaq və məcburi köçkün məktəb və
icmalarında sağlam reproduktiv davranış modelləri geniş şəkildə təlqin olunacaqdır.
Bakı şəhərində fəaliyyət göstərən Ağdam, Füzuli, Laçın, Cəbrayıl və Kəlbəcər rayonlarının
bir qrup məcburi köçkün məktəbləri və orada təhsil alan yuxarı sinif şagirdləri hazırkı layihənin
hədəf qruplarını təşkil edirlər.
Reproduktiv sağlamlığın profilaktikası mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Bakı şəhərində fəaliyyət göstərən Ağdam rayon 36 nömrəli, Füzuli rayon 3 nömrəli, Laçın rayon 34 saylı, Cəbrayıl rayon 3 nömrəli və Kəlbəcər rayon 84 nömrəli məcburi köçkün məktəblərində təşkil olunan tədbirlərdə layihənin icra qrupu məktəblilərə reproduktiv sağlamlığın qorunması barədə geniş məlumat verib. Belə ki, məktəblilərə reproduktiv sağlamlığın qorunması sahəsində mövcud vəziyyət, erkən nikah və reproduktiv sağlamlığa təhlükə yaradan digər amillər haqqında danışılıb. Tədbir iştirakçılarına reproduktiv sağlamlığın qorunmasına ilə əlaqədar zəruri tövsiyələr verilib.
Sosial Rifah” QMK-lər üzrə İB-nin layihəsi çərçivəsində Ağdam rayonu Bənövşələr kəndində Ailə Klubunun rəsmi açılışı
28 aprel 2024-cü il tarixində “Sosial Rifah” QMK-lər üzrə İB-nin layihəsi çərçivəsində Ağdam rayonu Bənövşələr kəndində Ailə Klubunun rəsmi açılışı olmuşdur. Açılış mərasimində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli nümayəndələri, məcburi köçkün icmasının nümayəndələri, BMT QAK və GİZ-in nümayəndələri, həmçinin “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin rəhbəri və layihə meneceri iştirak ediblər. Görüş zamanı gələcək fəaliyyət və təşəbbüslər, eləcə də birgə əməkdaşlığın məqsədləri müzakirə olunub.
Elanlar
“Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin
Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə DƏVƏT EDİR:
Müsabiqənin predmeti: İcma Gender Əsaslı Zorakılıq üzrə müəllimlər üçün Bacarıqların
artırılması üzrə təlimçi.
Maraqlanan şəxslər azer.mamedov.1964@mail.ru yazıb əlaqə saxlaya bilərlər.
Müsabiqədə iştirak etmək üçün sənədlər 02 May 2024, saat 18:00 tarixinədək qəbul olunur.
“Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə DƏVƏT EDİR:
Müsabiqənin predmeti: Məşqçi
Maraqlanan şəxslər azer.mamedov.1964@mail.ru yazıb əlaqə saxlaya və lazımi məlumatları əldə edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün sənədlər 02 May 2024, saat 18:00 tarixinədək qəbul olunur.
“Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə DƏVƏT EDİR:
Müsabiqənin predmeti: İcma Hüquqşünasları (paralegal) üzrə Təlimçi
Maraqlanan şəxslər azer.mamedov.1964@mail.ru yazıb əlaqə saxlaya və lazımi məlumatları əldə edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün sənədlər 02 May 2024, saat 18:00 tarixinədək qəbul olunur.
“Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə DƏVƏT EDİR:
Müsabiqənin predmeti: Teatr direktoru
Maraqlanan şəxslər azer.mamedov.1964@mail.ru yazıb əlaqə saxlaya və lazımi məlumatları əldə edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün sənədlər 02 May 2024, saat 18:00 tarixinədək qəbul olunur.
Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə DƏVƏT EDİR:
Müsabiqənin predmeti: İdman oyunlarının təşkili üçün malların və xidmətlərin satın alınması
Maraqlanan şəxslər azer.mamedov.1964@
Müsabiqədə iştirak etmək üçün sənədlər 25 May 2024, saat 18:00 tarixinədək qəbul olunur.
“Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə DƏVƏT EDİR:
Müsabiqənin predmeti: Minqəçevir şəhərində futbol/valeybol maydançanın icarəsi və idman yarışmasının təşkili
Maraqlanan şəxslər azer.mamedov.1964@
Müsabiqədə iştirak etmək üçün sənədlər 25 May 2024, saat 18:00 tarixinədək qəbul olunur.
“Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə DƏVƏT EDİR:
Müsabiqənin predmeti: Dəftərxana malları
Maraqlanan şəxslər azer.mamedov.1964@
Müsabiqədə iştirak etmək üçün sənədlər 25 May 2024, saat 18:00 tarixinədək qəbul olunur.
“Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə DƏVƏT EDİR:
Müsabiqənin predmeti: “Soisial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə
Baki, Ağdam, Minqəçevir və Bərdə şəhərlərində tədbirlərin təşkili xidmətinin satınalınması
Maraqlanan şəxslər azer.mamedov.1964@
Müsabiqədə iştirak etmək üçün sənədlər 25 May 2024, saat 18:00 tarixinədək qəbul olunur.
Mövzu: Sosial Rifah İctimai Birliyi tərəfindən “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqələrə dəvət
İcma Paralegallar üzrə Təlimçi – 1 nəfər
İcma Gender Zorakılığına Qarşı Maarifləndiricilər üçün Potensialın Artırılması üzrə Təlimçi – 1 nəfər
Ağdamda Gənclər Düşərgəsi üçün Təlimçilər – 3 nəfər
İş Axtarışı üzrə Məsləhətçi – 1 nəfər
Vəzifə öhdəlikləri və tələbləri barədə daha ətraflı məlumat üçün maraqlanan şəxslər azer.mamedov.1964@mail.ru elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.Müsabiqədə iştirak etmək üçün sənədlər (CV, tövsiyyə/referans məktubları) 14 Avqust 2024, saat 18:00 tarixinədək qəbul olunur.
“Sosial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqədə iştirak üçün DƏVƏT EDİR:Müsabiqənin Mövzusu: Gənclərin bacarıqlarının inkişafı və gücləndirilməsi məqsədilə Ağdamda gənc fəallar üçün üç günlük gündüz düşərgələrinin təşkili xidməti.Müsabiqədə İştirak: Müsabiqədə iştirak etmək istəyən şəxslər, xahiş olunur, öz müraciətlərini azer.mamedov.1964@mail.ru ünvanına göndərsinlər.Sənədlərin Qəbulu: Müsabiqədə iştirak üçün tələb olunan sənədlər 22 avqust 2024-cü il, saat 18:00-a qədər qəbul edilir.Tender Elanı“Sosial Rifah” İctimai Birliyi “Gənclərin və Qadınların İnklüziv Təşəbbüslərinin və Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən müsabiqədə iştirak üçün DƏVƏT EDİR:Müsabiqənin Mövzusu: Bakıda, Ağdamda, Mingəçevirdə və Bərdədə yerli dəstək şəbəkəsi üzvləri üçün “Gender Əsaslı Zorakılıq üzrə Bacarıqların Artırılması” və uzunmüddətli “İcma Paraleqaları” Təlim Proqramı və mentorluq təliminin təşkili xidməti.Müsabiqədə İştirak: Müsabiqədə iştirak etmək istəyən şəxslərdən xahiş olunur, öz müraciətlərini azer.mamedov.1964@mail.ru ünvanına göndərsinlər.Sənədlərin Qəbulu: Müsabiqədə iştirak üçün tələb olunan sənədlər 22 avqust 2024-cü il, saat 18:00-a qədər qəbul edilir